SİYASƏT
Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçısı “Kabar” agentliyinə müsahibə verib
Bişkek, 17 iyun, AZƏRTAC
Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyində Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçısı, “Azəri” İctimai Birliyinin sədri, Qırğızıstanın Əməkdar Hüquqşünası Əzizağa Əliyevlə müsahibə yayılıb.
Müsahibədə Ə.Əliyev bildirib ki, Bakıdakı Heydər Əliyev Mərkəzində keçirilən qurultaya dünyanın 49 ölkəsindən 500-dən çox nümayəndə qatılıb. Qırğızıstan isə altı nəfərlə təmsil olunub. Qonaq kimi Qırğızıstan Prezidenti Aparatının şöbə müdiri Mira Karıbaeva da bu tədbirdə iştirak edib. O deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qurultaydakı proqram xarakterli nitqi böyük maraq doğurub.
“Azəri” İctimai Birliyinin sədri qurultayda müzakirə olunan məsələlər, Azərbaycan diaspor təşkilatlarının qarşısına qoyulan önəmli vəzifələr barədə danışıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek