SİYASƏT


Dünya Azərbaycanlılarının IV Qurultayının nəticələri Varşavada müzakirə olunub

A+ A

Bakı, 19 iyul, AZƏRTAC 

Azərbaycanın Polşadakı səfirliyində Dünya Azərbaycanlılarının IV Qurultayının nəticələrinə həsr olunan görüş keçirilib.

Səfirliyin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi Cəmiyyətinin sədri Şəhla Kazımova qonaqlara qurultay haqqında məlumat verib. O, Prezident İlham Əliyevin nitqi, panellər çərçivəsində aparılan fikir mübadiləsi, qəbul olunmuş yekun sənədlər, diaspor qarşısında duran əsas vəzifələrdən danışıb. Həmçinin qurultayla bağlı təəssüratlarını bölüşüb, diaspor üzvlərinin suallarını cavablandırıb.

Səfirliyin konsulu Kəmalə Qasımova həmvətənlərimizi maraqlandıran sualları cavablandırıb. Görüşdə diaspor nümayəndələrinin Polşada fəaliyyəti ilə bağlı tövsiyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.