İQTİSADİYYAT


Dünya Bankı 2017-ci ildə dünya iqtisadiyyatının inkişaf sürətinin artacağını proqnozlaşdırır

Bakı, 6 iyun, AZƏRTAC

Dünya Bankının analitikləri 2017-ci ildə dünya iqtisadiyyatının inkişaf sürətinin artacağını proqnozlaşdırırlar. AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, bu barədə məlumat “Dünya iqtisadiyyatının perspektivləri” adlı məruzədə yer alıb.

Sənaye istehsalının və ticarətin canlanması, xammalın qiymətlərinin sabitləşməsi və bazar iştirakçılarının əminlik hissinin artması sayəsində dünya iqtisadiyyatının inkişaf sürəti artaraq 2,7 faizə çatıb. Özü də bu göstərici inkişaf etmiş ölkələrdə 1,9 faiz, bazarı formalaşmaqda olan və inkişaf edən ölkələrdə 4,1 faiz təşkil edib.

Bankın analitiklərinin fikrincə, müsbət göstərcilərin başlıca səbəblərindən biri inkişaf etməkdə olan yeddi iri ölkədə - Braziliya, Hindistan, İndoneziya, Çin, Meksika, Rusiya və Türkiyədə baş verən iqtisadi proseslərdir.

Mütəxəssislər deyirlər: “İki il davam edən resessiyadan sonra Rusiya iqtisadiyyatının artım sürətinin 2017-ci ildə 1,3 faiz, 2018-ci ildə 1,4 faiz təşkil edəcəyi gözlənilir. Özü də iqtisadi inkişafa istehlakın artması kömək edəcək”.

Daha sonra məqalədə deyilir: amma ciddi risk faktorları ümidverici perspektivlərə kölgə salır. Yeni ticarət məhdudiyyətləri dünya ticarətinin həcminin çoxdan gözlənilən bərpası prosesini geri ata bilər. Xroniki siyasi qeyri-müəyyənlik etimadın sarsılmasına və sərmayələrin məhdudlaşmasına rəvac verər. Maliyyə bazarlarının nisbi sabitliyi fonunda inkişaf etmiş ölkələrdə siyasi risklərin və ya pul-kredit siyasətinin sağlamlaşdırılması sürətinin bazar tərəfindən yenidən qiymətləndirilməsi qəfil maliyyə sarsıntılarına gətirib çıxara bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.