DÜNYA


Dünya Bankı Əfqanıstana 520 milyon dollar vəsait ayıracaq

Bakı, 14 iyun, AZƏRTAC

Dünya Bankı Kabilə 520 milyon dollar məbləğində bir neçə qrant vermək barədə qərar qəbul edib.

AZƏRTAC "vista.ru" saytına istinadla xəbər verir ki, ayrılan vəsait Əfqanıstanda yoxsulluqla mübarizəyə yönəldiləcək. Yarım milyard dollar yardımın ayrılması qaçqınlarla vəziyyəti həll etməyə, kasıb əhali üçün özəl sektorun imkanlarını genişləndirməyə kömək edəcək.

Həmçinin vəsaitin bir hissəsi kənd rayonlarında yolların tikintisi və ərazilərin elektrikləşdirilməsinə yönəldiləcək. Daha bir məqsəd isə Əfqanıstanın ərzaqla özünü təmin etməsinin artırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.