İQTİSADİYYAT


Dünya Bankı Azərbaycana lazımi texniki dəstəyin göstərilməsinə hazırdır

A+ A

Bakı, 12 noyabr, AZƏRTAC

Dünya Bankı Azərbaycana lazımi texniki dəstəyin göstərilməsinə hazırdır.

MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikir Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlının baş iqtisadçı Naoko Kojonun rəhbərlik etdiyi Dünya Bankının makroiqtisadiyyat üzrə texniki yardım missiyası ilə görüşündə səsləndirilib.

Ölkənin mövcud makroiqtisadi durumu və inkişaf perspektivlərinə dair keçirilmiş görüşdə ölkə iqtisadiyyatının əsas meyilləri müzakirə edilib.

Makroiqtisadi sabitliyin möhkəmləndirilməsi məqsədilə aparılan islahatlardan söz açan Naoko Kojo Dünya Bankının bu sahədə Azərbaycana lazımi texniki dəstəyin göstərilməsinə hazır olduğunu bildirib.

Görüşdə, əsasən iqtisadi islahatların gedişi və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətlərində atılan addımların müzakirəsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.