İQTİSADİYYAT


Dünya Bankı Azərbaycanda aparılan iqtisadi islahatların əsas istiqamətlərini təqdirəlayiq hesab edir

A+ A

Bakı, 19 oktyabr, AZƏRTAC

Dünya Bankı Azərbaycanda aparılan iqtisadi islahatların əsas istiqamətlərini təqdirəlayiq hesab edir.

Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, bu fikir bankın sədri Elman Rüstəmovun Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon və bankın Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Navid Həsən ilə görüşündə səsləndirilib.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon təmsil etdiyi qurumun Azərbaycanda fəaliyyətinin uğurla davam olunmasında göstərdiyi dəstəyə görə Mərkəzi Bankın sədrinə təşəkkürünü bildirib. M.Tembon ölkədə aparılan iqtisadi islahatların əsas istiqamətlərini təqdirəlayiq hesab edərək görülən tədbirləri, ölkənin üzləşdiyi yeni çağırışların həllində Mərkəzi Bankın mövqeyini xüsusi vurğulayıb.

E.Rüstəmov Azərbaycanın müstəqillik əldə etdikdən sonra iqtisadiyyatın yüksək sürətlə inkişaf etməsi, yoxsulluq probleminin aradan qaldırılması, ölkənin yuxarı orta gəlirli ölkələr sırasında yer alması haqqında məlumat verib. Sədr hazırda ölkə iqtisadiyyatının yeni inkişaf modelinə keçid ilə bağlı aparılan işlər, ölkədə makroiqtisadi və maliyyə sabitliyi istiqamətində görülən tədbirlər barədə danışıb.

E.Rüstəmov Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə menecerinə fəaliyyətində uğurlar arzulayıb, əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini bildirib.

N.Həsən Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə təyinatının qürurverici olduğunu qeyd edərək Dünya Bankı və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi, mövcud layihələrin uğurla icrasının davam etdirilməsi və ölkə üçün əhəmiyyətli ola biləcək yeni layihələrin həyata keçirilməsi istiqamətində Azərbaycan hökumətinin tövsiyələrini nəzərə alaraq fəaliyyət göstərəcəyini bildirib.

Görüş zamanı Mərkəzi Bank ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.