DÜNYA
Dünya Bankı Qəzzada tibb işçilərinə 8,5 milyon dollar ayıracaq
Bakı, 27 yanvar, AZƏRTAC
Dünya Bankı Qəzzada səhiyyə sektorunun bərpasına təxminən 8,5 milyon dollar ayıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı BMT radiosu yayımlayıb.
Xatırladaq ki, 2014-cü ilin iyul-avqust aylarında İsrailin həyata keçirdiyi hərbi əməliyyat nəticəsində Qəzzanın 100 mindən çox sakini sığınacaqdan məhrum olub, 250 minə yaxın adam ölkə daxilində köçkün həyatı yaşamaq məcburiyyətində qalıb. Əlli günlük münaqişə 2100 nəfər fələstinlinin ölümünə səbəb olub. Onlardan 500-ü uşaq olub.
Bankda ümid bəsləyirlər ki, maliyyə dəstəyi səhiyyə sahəsinin xidmətlərini sakinlər üçün əlçatan edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]