İQTİSADİYYAT


Dünya Bankı neftin qiymətləri ilə bağlı proqnozunu yaxşılaşdırıb

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

Dünya Bankı Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) üzvü olan ölkələr tərəfindən neft hasilatının dondurulması haqqında sazişin hazırlanması fonunda 2017-ci il üçün neftin qiymətləri ilə bağlı proqnozunu yaxşılaşdıraraq, bir barrel üçün 53-55 dollar civarında müəyyən edib.

AZƏRTAC Dünya Bankına istinadla xəbər verir ki, enerji daşıyıcılarının, o cümlədən neftin, təbii qazın və kömürün qiymətləri gələn il 25 faiz artmalıdır və bu da iyulda gözlənildiyindən daha böyük artımdır. 2016-cı ildə neftin qiymətləri ilə bağlı proqnoz bir barrel üçün 43 dollar səviyyəsində qalacaq.

Dünya Bankının böyük iqtisadçısı Con Baffes deyib: “Gələn il biz neft başda olmaqla, enerji daşıyıcılarının qiymətlərinin xeyli artacağını gözləyirik. Buna baxmayaraq, perspektivlər ətrafında xeyli qeyri-müəyyənlik var, çünki biz detalları və OPEC-in sazişinin həyata keçməsini gözləyirik. Heç şübhəsiz, bu saziş neft bazarlarına əhəmiyyətli təsir göstərəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.