İQTİSADİYYAT


Dünya Bankı sosial rifahla bağlı Azərbaycan üzrə monitorinq sorğusunun məlumatlarının təhlilini aparıb

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

Dünya Bankının Azərbaycanda Məşğulluq Strategiyasının Hazırlanması və Sosial Müdafiə Şəbəkəsinin Gücləndirilməsi üzrə Texniki Yardıma Dəstəklə bağlı missiyası 2015–ci il üzrə sosial rifahla bağlı Azərbaycan üzrə monitorinq sorğusunun məlumatlarının təhlilini aparıb.

İqtisadi Islahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu barədə mərkəzin icraçı direktoru Vüsal Qasımlının Dünya Bankının Azərbaycanda olan missiyası ilə görüşündə bildirilib.

Diqqətə çatdırılıb ki, təhlilin məqsədi ümumilikdə sosial müdafiə, xüsusilə Ünvanlı Sosial Yardım proqramlarının səmərəliliyi və effektivliyinin qiymətləndirilməsi olub.

Vüsal Qasımlı Azərbaycanda sosial rifahın yüksəldilməsi üçün aparılan işlər barədə Dünya Bankının nümayəndələrinə məlumat verib. Qeyd olunub ki, 2016-2030-cu illəri əhatə edən məşğulluq strategiyasının layihəsi üzrə müzakirələrin davamlı olması bu istiqamətdə görülən işlərin effektivliyini artıracaq.

Qeyd edək ki, missiyaya sosial müdafiə üzrə baş mütəxəssis və tapşırıq qrupu rəhbəri Marina Petroviç, aparıcı iqtisadçılar Aleksandra Posarak, Arvo Kuddo, Nişta Sinha, Sayleş Tivari və səhiyyə üzrə mütəxəssis Elvira Anadolu daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.