İQTİSADİYYAT


Dünya Bankının missiyası Dövlət Fitosanitar Nəzarəti Xidmətində olub

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC

Dünya Bankı Qrupunun (DB və Beynəlxalq Maliyyə Korporasiyası) missiyası sentyabrın 7-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində olub. Missiyaya biznes tənzimlənməsi üzrə aparıcı mütəxəssis Axtar Mahmud, biznes tənzimlənməsi üzrə regional mütəxəssis xanım Lili Beciaşvili və iqtisadçı Həsən Hüseynov daxildir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Fitosanitar Nəzarəti Xidmətində keçirilən görüşdə investisiya siyasəti və təşviqi, qlobal dəyər zəncirləri, investisiya mühiti və biznesin tənzimlənməsi sahəsində Azərbaycan Respublikası hökumətinin prioritetləri müzakirə olunub.

Xidmət rəisi Camal Quliyev nümayəndə heyətinə Azərbaycan Respublikasında fitosanitar nəzarətin əsas prioritetləri, fitosanitar riskin analizi, fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi sahəsində görülən işlər, avtomatlaşdırılmış risklərin idarə edilməsi sisteminin yaradılması barədə ətraflı məlumat verib.

Görüşdə islahatlar üzrə təkliflərin dəqiqləşdirilməsi və məsləhətçi dəstəyinin potensial istiqamətlərinin müəyyənləşdirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.