İQTİSADİYYAT


Dünya Bankının tədqiqat qrupu Azərbaycanda aqrar sektorun risklərini qiymətləndirir

Bakı, 9 iyun, AZƏRTAC 

Kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının kənd təsərrüfatı sektorunda risklərin qiymətləndirilməsi üzrə tədqiqat qrupu ilə görüşüb. Görüşdə qrupun üzvləri Rufiz Çıraqzadə və Sandra Broka hazırladıqları tədqiqat işini nazirə təqdim ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədqiqat qrupunun üzvləri Azərbaycanda kənd təsərrüfatı sektorunda risklərin qiymətləndirilməsinin iki mərhələdə icra edilməsinin nəzərdə tutulduğunu bildiriblər. Birinci mərhələdə kənd təsərrüfatının inkişafı ilə bağlı əsas risklər və maneələr müəyyənləşdirilməli, növbəti mərhələdə isə həmin risklərin aradan qaldırılması yolları təklif edilməlidir.

İlk mərhələnin yekunu kimi, tədqiqat qrupunun üzvləri taxıl, mal əti, pomidor və alma istehsalı kimi seçilmiş dəyər zəncirlərində risklərin müəyyənləşdirildiyini bildiriblər.

Aparılmış tədqiqatın nəticələrinin nazirliyə rəy və təkliflər üçün təqdim olunması görüşdə növbəti addım kimi razılaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.