İQTİSADİYYAT


Dünya Gömrük Təşkilatının 11-ci illik PICARD konfransı öz işinə başlayıb

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Filippin Respublikasının paytaxtı Manilada Dünya Gömrük Təşkilatının (DGT) Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) növbəti 11-ci illik konfransı öz işinə başlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

Konfransın ilk iş günündə Dünya Gömrük Təşkilatının araşdırmalar bölməsinin rəhbəri və PICARD konfransının sədri Robert Aylendin, Filippin Maliyyə Departamenti müşaviri Antonett Tionkonun, Filippin Gömrük Bürosunun komissioneri Kapitan Nicanor Faeldonun və Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanın açılış nitqləri dinlənilib. Sonra gündəlikdə nəzərdə tutulmuş məsələlərə dair təqdimatlar keçirilib. Eyni zamanda, Filippində gömrük idarəetməsi, tranzit və ticarətin sadələşdirilməsi, elektron gömrük və təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi də aparılıb.

Tədbirdə mədəni sərvətlərin qanunsuz ticarəti, Səlahiyyətli İqtisadi Operator İnstitutunun tətbiqindən irəli gələn faydalar və etibarlı ticarət marşrutları, tədqiqat və akademik məsələlər barədə müzakirələrin aparılması, həmçinin Azərbaycan gömrük xidməti tərəfindən “Elektron gömrüyün inkişaf etdirilməsi üçün layihələrin idarə olunmasının əsas prinsipləri” mövzusunda təqdimatın keçirilməsi də nəzərdə tutulub.

İki gün davam edəcək konfrans sentyabrın 29-da öz işini yekunlaşdıracaq.

DGT PİICARD konfransı 2006-cı ildən etibarən hər il dünyanın müxtəlif ölkələrində keçirilir və məqsəd gömrük idarələri və aidiyyəti akademik qurumlar arasında əlaqələri genişləndirməkdir. Xatırladaq ki, Dünya Gömrük Təşkilatının 10-cu illik PICARD konfransı ötən il Bakı şəhərində keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.