CƏMİYYƏT


Dünya Psixi Sağlamlıq Günü ilə əlaqədar konfrans təşkil olunub

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində 10 oktyabr - Dünya Psixi Sağlamlıq Gününə həsr olunmuş konfrans keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə psixi sağlamlıq sahəsinin aparıcı mütəxəssisləri, Dünya Səhiyyə Təşkilatının ölkəmizdəki ofisinin, Fövqəladə Hallar Nazirliyinin və Ədliyyə Nazirliyinin nümayəndələri iştirak ediblər.

Konfrans Dünya Səhiyyə Təşkilatı nümayəndəsinin Psixi Sağlamlıq Gününə dair müraciəti ilə başlayıb. Qeyd edilib ki, bu il Dünya Psixi Sağlamlıq Günü “İlkin psixoloji yardım” mövzusuna həsr olunub.

Konfrans iştirakçıları ölkəmizdə ilkin və ixtisaslı psixoloji yardımla bağlı görülən tədbirlərdən danışıblar. Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən 2016-cı ildən etibarən iri tibb müəssisələrində psixoloq ştatları açılıb.

Tədbirdə Dünya Səhiyyə Təşkilatı və Lissabon Universitetinin psixi sağlamlıq siyasəti və xidmətinin birgə proqramı haqqında, Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş psixoloji müayinəyə dair metodik tövsiyələrə dair məruzələr dinlənilib.

Sonda konfrans iştirakçıları psixi sağlamlıq sahəsində ilkin psixoloji yardımın perspektivlərini müzakirə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.