İDMAN


Dünya Şahmat Tacı uğrunda keçirilən doqquzuncu qarşılaşma heç-heçə başa çatıb

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC 

Dünya Şahmat Tacı uğrunda Nyu-Yorkda hazırkı çempion norveçli Maqnus Karlsen ilə iddiaçı, rusiyalı Sergey Karyakin arasında doqquzuncu partiya oynanılıb.

AZƏRTAC xəbər verir ki, altı saat davam edən görüşdə dünya çempionu qara fiqurlarla oynayıb. Partiyanın əvvəlində M.Karlsen çətin vəziyyətə düşsə də, 74-cü gedişdə heç-heçəyə nail olub.

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında dünya çempionu deyib: “Oyunda mənim üçün çətin anlar çox oldu. Lakin məğlubiyyətdən xilas olduğum üçün çox şadam”.

İndiyədək keçirilən doqquz partiyanın səkkizi heç-heçə ilə nəticələnib. Yalnız bir görüşdə S.Karyakin qələbə qazanıb. Hazırda ümumi hesab 5:4 rusiyalı şahmatçının xeyrinədir. Rəqiblər çempion adı uğrunda daha üç partiyada üz-üzə gələcəklər. Noyabrın 24-də keçiriləcək onuncu qarşılaşmada M.Karlsen ağ fiqurlarla oynayacaq. Daha tez 6,5 xal toplayan qrossmeyster Dünya Şahmat Tacının sahibi olacaq. Hesab bərabər olacağı təqdirdə qalib tay-breykdə müəyyənləşəcək.

Dünya Şahmat Tacı uğrunda yarışın mükafat fondu 1,1 milyon dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.