CƏMİYYƏT


Dünya Səhiyyə Təşkilatı İtaliyaya yardım təklif edib

A+ A

Bakı, 26 avqust, AZƏRTAC

BMT-nin baş katibi cümə axşamı İtaliya Prezidenti Sergio Mattarellaya telefonla zəng edərək ölkənin mərkəzi hissəsində baş verən zəlzələ nəticəsində insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verib.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Pan Gi Mun səmərəli və operativ tədbirlər sayəsində zəlzələdən zərər çəkən yüzlərlə insanın həyatını xilas etdiyinə görə İtaliya hökumətinə minnətdarlığını bildirib. BMT-nin başçısı əlavə yardım ayırmağa hazır olduğunu da deyib.

Son məlumatlara görə, zəlzələ nəticəsində 247 nəfər ölüb. Yüzlərlə insan xəsarət alıb. Bir çox rayonlarda elektrik xətləri zədələnib, binalar, o cümlədən xəstəxanalar dağılıb. Dünya Səhiyyə Təşkilatının (DST) mütəxəssisləri vəziyyəti diqqətlə izləyirlər. “Biz də çox narahatıq ki, tibb müəssisələri ciddi xəsarət alıb. Yaranmış vəziyyətdə çox vacibdir ki, xəstəxanalar normal rejimdə işləməyə davam etsinlər. Biz lazımi kömək göstərməyə hazırıq”, - deyə DST-nin regional direktoru Jujanna Yakab bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.