CƏMİYYƏT


Dünya Səhiyyə Təşkilatı ölkələri hepatitin diaqnostikası və müalicəsinin keyfiyyətini yüksəltməyə çağırıb

A+ A

Bakı, 21 iyul, AZƏRTAC

Dünyada təxminən 400 milyon nəfər hepatit virusuna yoluxub, lakin bunu hər 20 nəfərdən yalnız biri bilir.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, statistikaya görə, hepatitə yoluxanların üçdə birində xərçəng və qaraciyər xəstəlikləri inkişaf edir. Bu səbəbdən isə hər il 1,45 milyon nəfər həlak olur.

Dünya Səhiyyə Təşkilatı (DST) xəbərdarlıq edir ki, orqanizmə düşən virus on illərlə özünü göstərməyə bilər. “Məhz bu səbəbdən çoxları bu xəstəliyə diqqət yetirmir. Əgər siz hepatit B-yə uşaqlıqda, yaxud 16 yaşında inyeksiya nəticəsində yoluxmusunuzsa, sizdə sirroz 40, 50 və ya 60 yaşında inkişaf edə bilər. Buna qədər isə siz xəstəlik barədə şübhələnmirsiniz”, - deyə DST-dən Stefan Viktor bildirib. Hepatit C isə inyeksion narkotik qəbulu zamanı və ya bədən döyməsindən sonra ötürülə bilər.

Yoluxma varlı dövlətlərdə əsasən narkotik istifadəçiləri arasında baş verir. Sanitariya normalarına əməl etməyən tibb müəssisələrində də hepatit virusuna yoluxma halları olur.

DST dünyanın bütün ölkələrini milyonlarla insanın həyatını xilas etmək üçün hepatitin diaqnostikası və müalicəsinin keyfiyyətini yüksəltməyə çağırıb. Bu çağırış iyulun 28-də qeyd olunacaq Ümumdünya Hepatit Günü ərəfəsində səslənib.

BMT-yə üzv dövlətlər tərəfindən imzalanmış davamlı inkişaf məqsədlərinə uyğun olaraq hepatitə yoluxanların sayını 2030-cu ilədək 90 faiz azaltmaq lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.