CƏMİYYƏT


Dünya Səhiyyə Təşkilatı uşaqlara qarşı zorakılıqla mübarizə strategiyası hazırlayıb

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

Hər il dünyada bir milyarda qədər uşaq və ya hər iki uşaqdan biri zorakılıqdan əziyyət çəkir. Dünya Səhiyyə Təşkilatı (DST) ekspertlərinin fikrincə, bir çox hallarda bu barədə məlumat yayılmır.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, statistik məlumatlara görə, uşaqlıqda zorakılıqla üzləşən insanların sonradan səhhətlərində bir çox problemlər ortaya çıxır. Onlar narkotik maddələrə və alkoqollu içkilərə meyil edir, şəkərli diabet və onkoloji xəstəliklərə daha çox tutulurlar. Uşaqlar əsasən müharibə gedən ölkələrdə cinsi həqarətlərin qurbanı olurlar. Tədqiqatçılar qeyd edirlər ki, bütün yoxsul ölkələrdə belədir.

DST ekspertləri BMT-nin doqquz qurumu və digər tərəfdaşları ilə birlikdə bu hallarla mübarizə aparmağa kömək edəcək yeni strategiya hazırlayıb. Ekspertlər bütün dövlətlərə odlu silaha və uşaqlara tətbiq olunan qəddar cəza üsullarına qadağa qoymağı tövsiyə edir. İnsanların həyat şəraitinin yaxşılaşdırılması, valideyn və uşaqların maarifləndirilməsi, yeniyetmələrin psixoloji yardımla təmin edilməsi də strategiyada yer alıb.

BMT ümid edir ki, bütün dünya üzrə hökumət, özəl sektor və vətəndaş cəmiyyətinin, ali və orta təhsil müəssisələrinin nümayəndələri bu tədbirlərin reallaşmasına kömək edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.