CƏMİYYƏT


Dünya Səhiyyə Təşkilatının baş direktoru vəzifəsinə namizədlərin adları açıqlanıb

A+ A

Bakı, 26 yanvar, AZƏRTAC

Dünya Səhiyyə Təşkilatının (DST) İcraiyyə Komitəsi səsvermə yolu ilə qurumun baş direktoru vəzifəsinə üç namizəd irəli sürüb. Onların adları Dünya Səhiyyə Assambleyasına təqdim olunacaq.

AZƏRTAC DST-nin saytına istinadla xəbər verir ki, səsvermədən əvvəl üzv dövlətlər beş namizədlə müsahibə aparıblar. Namizədliyi irəli sürülən 3 nəfərin – Tednos Adhanom Gebreyezus (Efiopiya), David Nabarro (Böyük Britaniya) və Sani Niştarın (Pakistan) adları yanvarın 25-də ümumi axşam iclasında elan edilib.

DST-nin üzvü olan dövlətlər 2017-ci ilin mayında Dünya Səhiyyə Assambleyasının sessiyasında keçiriləcək səsvermə zamanı bu üç namizəddən birini seçməlidirlər. Yeni baş direktor vəzifəsinin icrasına 2017-ci ilin iyulunda başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.