CƏMİYYƏT


Dünya Səhiyyə Təşkilatının yeni baş direktoru seçilib

Bakı, 24 may, AZƏRTAC

Dünya Səhiyyə Təşkilatının (DST) üzvləri olan dövlətlər doktor Tedros Adxanom Qebreyesusu DST-nin yeni baş direktoru vəzifəsinə seçiblər.

AZƏRTAC DST-nin saytına istinadla xəbər verir ki, Tedros Adxanom Qebreyesusun namizədliyi Efiopiya hökuməti tərəfindən irəli sürülüb. Yeni baş katibin beş illik səlahiyyət müddəti 2017-ci il iyulun 1-dən başlanacaq.

DST-nin baş direktoru seçilənə qədər Tedros Adxanom Qebreyesus Efiopiyanın xarici işlər naziri (2012-2016-cı illər), Efiopiyanın səhiyyə naziri (2005-2012-ci illər) vəzifələrində çalışıb. Bu, həmçinin QİÇS, vərəm və malyariyaya qarşı mübarizə üzrə Qlobal Fondun və “Malyariyanı məhv edək!” (MME) Tərəfdaşlığının rəhbər orqanlarına başçılıq edib, Anaların, körpələrin və uşaqların mühafizəsi üzrə Tərəfdaşlığın idarə heyətinin sədri vəzifələrini tutub.

Tedros Adxanom Qebreyesus Efiopiyanın səhiyyə naziri vəzifəsində işləyərkən ölkənin səhiyyə sistemində kompleks islahat aparılıb. Bu islahat çərçivəsində Efiopiyanın tibbi-sanitariya infrastrukturu əhəmiyyətli dərəcədə genişləndirilib, 3500 tibbi mərkəz istifadəyə verilib, 16.000 iş yeri yaradılıb. 38.000 yardımçı tibbi-sanitariya işçisi hesabına səhiyyə sahəsində əmək ehtiyatları güclənib, tibbi sığortanın əhatə dairəsini genişləndirməyə imkan verən maliyyə mexanizmləri işə salınıb.

Xarici işlər naziri kimi Əddis-Əbəbə fəaliyyət proqramının razılaşdırılması səylərinə rəhbərik edib. Bu proqram çərçivəsində Davamlı inkişaf sahəsində hədəflərə nail olmaq üçün 193 ölkə zəruri maliyyə öhdəlikləri götürüb.

Qlobal Fondun və MME Tərəfdaşlığının sədri olduğu müddətdə bu iki təşkilat üçün rekord məbləğdə maliyyə ayrılmasını təmin edib, malyariyaya qarşı mübarizə üzrə Qlobal Fəaliyyət Planı hazırlayıb. Bu plan çərçivəsində fəaliyyət Afrika hüdudlarını aşaraq Asiya və latın Amerikası ölkələrini əhatə edib.

Tedros Adxanom Qebreyesus DST-nin baş direktoru vəzifəsində 2007-ci il yanvarın 1-dən bu vəzifədə çalışan Marqaret Çeni əvəz edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.