İDMAN


Dünya Stolüstü Tennis Federasiyasının illik ümumi yığıncağı keçiriləcək

Bakı, 30 may, AZƏRTAC 

Almaniyanın Düsseldorf şəhərində stolüstü tennis üzrə dünya çempionatı keçirilir.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, çempionat ərəfəsində mayın 30-da Avropa Stolüstü Tennis Birliyinin konqresi təşkil olunacaq.

Konqresdə Azərbaycanı federasiyanın vitse-prezidentləri Fazil Məmmədov və Səbuhi Mehdizadə təmsil edirlər. Konqresdə idarə heyəti ilə bağlı yeniliklər, Avropa çempionatının və digər yarışlar, milli çempionatların, milli liqaların tarixləri məsələsi müzakirə olunur.

Eyni zamanda, mayın 31-də Dünya Stolüstü Tennis Federasiyasının illik ümumi yığıncağı keçiriləcək. Yığıncaqda qitə federasiyalarının illik hesabatları, 2017-2020-ci illər Beynəlxalq Stolüstü Tennis Federasiyasının yeni prezidenti və icraedici orqana seçkilər keçiriləcək.

Dünya çempionata iyunun 6-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.