DÜNYA


Dünya Ticarət Təşkilatı dünya ticarətinin artım tempi üzrə proqnozlarını aşağı salıb

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

Dünya Ticarət Təşkilatı dünya ticarətinin 2016 və 2017-ci illərdə artım tempi üzrə proqnozlarını aşağı salıb.

AZƏRTAC “financ.ru”ya istinadla xəbər verir ki, Dünya Ticarət Təşkilatının hesabatına əsasən, bu il dünya ticarətinin həcmi 1,7 faiz artacaq, halbuki DTT-nin aprel ayındakı proqnozu 2,8 faiz proqnozlaşdırılırdı. Bildirilir ki, son 15 il ərzində dünya ticarətinin həcminin artması ilk dəfə ləng baş verir, nəinki dünya iqtisadiyyatının artımı.

Hesabatda 2017-ci ilin proqnozlarına da diqqət yetirilib. Dünya ticarəti 1,8 faizdən 3,1 faizə artacaq, lakin əvvəllər artımın 3,6 faiz olacağı gözlənilirdi.

Artım tempinin azalması Çində və Braziliyada müşahidə olunur, həmçinin ABŞ-da idxal göstəricilərinin artımının zəifləməsi qeydə alınır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.