DÜNYA


Dünya Wi-Fi Günündə Birləşmiş Ərəb Əmirliklərində Wi-Fi 10 dəfə sürətli işləyəcək

Əbu-Dabi, 19 iyun, AZƏRTAC

İyunun 20-də qeyd edilən Dünya Wi-Fi Günündə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “DU” telekommunikasiya provayderi Wi-Fi ilə internetə girmək sürətini 10 dəfə artıracaq. Bu barədə “KhaleejTimes” qəzeti məlumat verib.

Sutka ərzində ən yüksək sürətli internet Wi-Fi müştərilərinə BƏƏ-nin bütün yeddi əmirliyinin 400-dən çox nöqtəsində təqdim ediləcək.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.