SİYASƏT


Dünya Xəbər Agentliklərinin V Konqresi işini sessiyalarla davam etdirir

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi noyabrın 17-də Heydər Əliyev Mərkəzində işini sessiyalarla davam etdirir.

AZƏRTAC xəbər verir ki, sessiyalarda “Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi”, “Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları” mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Konqres çərçivəsində AZƏRTAC ilə İspaniyanın EFE, Paraqvayın İP, Bəhreynin BNA agentlikləri arasında informasiya və təcrübə mübadiləsinə dair müqavilələr imzalanacaq.

Dünya Xəbər Agentlikləri Konqresinin rəhbər orqanları seçiləcək, Bəyannaməsi qəbul olunacaq.

Konqresdə sədrlik AZƏRTAC-a keçəcək və agentlik 2016-2019-cu illərdə bu beynəlxalq quruma rəhbərlik edəcək.

Bu gün, həmçinin Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) İcraiyyə Komitəsinin 40-cı iclası da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.