DÜNYA
Dünya alimləri Tokioda kvant kompüter texnologiyaları ilə bağlı fikir mübadiləsi aparırlar
Tokio, 27 iyun, AZƏRTAC
Dünyanın müxtəlif ölkələrindən alimlər hazırkı super kompüterlərdən dəfələrlə sürətlə işləyən kvant kompüter texnologiyaları sahəsində son uğurları müzakirə etmək üçün Tokioda bir araya gəliblər.
Əvvəllər elə güman olunurdu ki, kvant kompüterlərin yaradılmasına on illərlə vaxt lazım olacaq. Lakin 2011-ci ildə Kanadanın “D-Wave Systems” şirkəti dünyada ilk kvant kompüteri təqdim edib.
Tokio Texnologiya İnstitutunun professoru Hidetoşi Nişimori bildirib ki, kvant kompüterləri texnologiyaları sahəsində tədqiqatlar nəzəriyyədən praktikaya doğru davamlı şəkildə irəliləyir. Alim əlavə edib ki, son 20 ildə bu sahədə əldə olunan uğurlar həqiqətən də çox təəccüblüdür.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio