MƏDƏNİYYƏT
Dünya brendlərindən malları Bakı Şopinq Festivalında sərfəli qiymətlərlə əldə edin
Bakı, 24 aprel, AZƏRTAC
Paytaxtımızda dünyanın məşhur brendlərini təklif edən mağazalarında Festival güzəştlərini qaçırmayın. Bakı Şopinq Festivalının iştirakçısı olan “Dolce&Gabbana”, “Gucci”, “Valention”, “Mango”, “Next”, “Celio” və “TOD’S” mağazalarında alış-veriş etməklə, keyfiyyəti ilə bütün dünyada məşhur olan brend malları çox sərfəli qiymətə ala biləcəksiniz.
Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, turistlər və Azərbaycan vətəndaşları festival müddətində Dolce&Gabbana”, “Gucci”, “Valention”, “Mango”, “Next”, “Celio” və “TOD’S” brend mağazasında alış-veriş etməklə sərfəli təkliflər alacaqlar. Belə ki, Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirim aksiyalarına qoşulan bu mağazalarda seçilmiş mallara 30 faizədək güzəştlər təklif ediləcək. Bu sərfəli təkliflər mayın 10-dək qüvvədə olacaq. Eləcə də, alıcılar xərclədikləri məbləğin əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.
Bakı Şopinq Festivalı alıcıları “Baku Shopping Festival – Tax Free” loqosu olan həmin mağazalarda alış-veriş etməklə, öz büdcələrinə qənaət etməyə dəvət edir. Bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib, üstəlik ƏDV-ni geri almaq istəyirsinizsə Bakı Şopinq Festivalı boyu Dolce & Gabbana”, “Gucci”, “Valention”, “Mango”, “Next”, “Celio” və “TOD’S” kimi mağazalarda alış-veriş etməyə tələsin.