İDMAN


Dünya çempionatına hazırlaşan futzal üzrə Azərbaycan millisi yoxlama oyununda qələbə qazanıb

A+ A

Bakı, 3 sentyabr, AZƏRTAC 

Dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib.

AZƏRTAC xəbər verir ki, ölkə çempionatının yüksək liqasında çıxış edən klubların üzvlərindən ibarət yığma komanda ilə qarşılaşan millimiz 8:1 hesabı ilə qələbə qazanıb. Oyunda Tyaqo Teles Martins dubl edib, Ramiz Çovdarov, Joze Poletto, Eduardo, İsa Atayev, Rizvan Fərzəliyev və Villiams hərəyə bir dəfə fərqləniblər.

Komandalar arasında növbəti oyun sentyabrın 3-də “ABU Arena”da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.