İDMAN


Dünya çempionatında uğurla çıxış edən veteran cüdoçularımız Vətənə qayıdıblar

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Veteran cüdoçular arasında ABŞ-ın Mayami şəhərində keçirilən dünya çempionatında uğurla çıxış edən idmançılarımız Vətənə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, mundialda 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan milli komandamızın üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri və azarkeşlər qarşılayıblar.

Dünya çempionatında Fərhad Rəcəbli və Zaur Paşayev qızıl, Zülfiyyə Hüseynova, Zaur Bağırov gümüş, Mübariz Cəfərov isə bürünc medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.