DÜNYA


Dünya əhalisinin təxminən üçdəbir hissəsi içməli su problemi yaşayır

A+ A

Bakı, 29 avqust, AZƏRTAC

Stokholmda ənənəvi Ümumdünya su həftəsinə start verilib.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu il həftə “davamlı inkişaf üçün su” mövzusuna həsr olunub.

Mütəxəssislərin hesablamalarına görə, bu gün dünya əhalisinin təxminən üçdəbir hissəsi içməli su problemi ilə üzləşib. Eyni zamanda, suya tələbatın artması inkişaf edən və inkişaf etməkdə olan ölkələrdə müşahidə olunur.

Su həftəsinin iştirakçıları - dünyanın müxtəlif ölkələrindən ekspertlər, siyasətçilər, biznes liderləri, yeni texnologiyaların müəllifləri və gənc peşəkarlar Stokholmda su ilə bağlı problemlərin həlli üçün yeni yanaşmaların tapılması, ideya və fikir mübadiləsi üçün toplaşırlar.

Xatırladaq ki, Stokholm Su Mükafatı Fondu 1990-cı ildə yaradılıb. Mükafat 1991-ci ildən dünya su ehtiyatlarının qorunmasına, insanların həyatına və ekosistemə verdiyi töhfəyə görə hər il elm ocaqlarına, təşkilatlara, müəssisələrə verilir. Ötən il keçirilən Ümumdünya su həftəsində 130 ölkədən 3 min 300-dən çox nümayəndə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.