CƏMİYYƏT


“Dünya gəncliyin gözü ilə” adlı fotosərgi keçiriləcək

A+ A

Bakı, 7 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Dünya gəncliyin gözü ilə” adlı fotosərgi layihəsinə start verilib. Fərdi layihənin müəllifi Musa Əmrahovdur.

Fonddan AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi yeniyetmə və gənclərin yeni media (xüsusilə foto) texnologiyalarından istifadəsini artırmaq, onların cəmiyyətə səmərəli inteqrasiyasına, foto işi vasitəsilə fikirlərini, sosial mesajlarını cəmiyyətə və ictimaiyyətə çatdırmağa kömək etməkdir.

Layihə çərçivəsində daxil olan müraciətlər əsasında foto təlimləri üçün qrup formalaşdırılacaq, mövzu üzrə nəzəri və praktiki təlimlər keçiriləcək, yekunda isə fotosərgi təşkil ediləcək.

Bu ilin oktyabrında başa çatacaq layihədən 1000-dən çox uşaq və gənc yararlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.