DÜNYA
Dünya okeanı resurslarının təxmini dəyəri 24,2 trilyon dollardır
Bakı, 28 aprel, AZƏRTAC
Dünya vəhşi təbiət fondu (WWF) Dünya okeanının resurslarının dəyərini minimum 24,2 trilyon dollar həcmində qiymətləndirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, fondun press-relizində hesablamanın dəqiq olmadığı qeyd edilir. Belə ki, bəzi resursları pul ekvivalentinə çevirmək sadəcə olaraq mümkün deyil.
Okeanlar hər il təxminən 2,5 trilyon dollar həcmində xidmət və məhsul “təqdim edir”. Bu vəsait Dünya okeanının ümumi daxili məhsulu kimi götürülərsə, bu halda o, iqtisadiyyatına görə ABŞ, Çin, Yaponiya, Almaniya, Fransa və Böyük Britaniyadan sonra yeddinci yeri tutacaq.
Hazırda Dünya okeanı tullantılar, həddən artıq balıq ovu, bir çox balıq və heyvan növünün yaşayış mühitinin dağıdılması, həmçinin suyunun temperaturunun və turşuluğunun artması səbəbi ilə ağır vəziyyətə düşüb. Bu da mərcanların və midiyaların skeletlərinin dağılmasına səbəb olur. Mütəxəssislərin hesablamalarına görə, okeanın temperaturu hazırkı templərlə artmaqda davam edərsə, məsələn, mərcan rifləri 2050-ci ilədək tamamilə yoxa çıxacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]