Dünya rekordçusu püskürdü
Bakı, 2 may, AZƏRTAC
Mayın 2-si səhər saat səkkiz radələrində Bakı şəhərindən 15 kilometr cənub-şərq istiqamətində, Xəzər dənizinin sahilində, neft-mədən sahəsində yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib. Həmin palçıq vulkanı Bakı və Abşeron yarımadasının Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğuna aid deyil.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda vulkan aktivliyi baş vermiş ərazidə qoruq əməkdaşlarından təşkil edilmiş operativ qrup tərəfindən müşahidələr aparılır.
Xatırladaq ki, 1810-cu ildə qeydə alınmış Lökbatan palçıq vulkanı dünyanın ən aktiv beş vulkanından biri olmaqla püskürməsinə görə dünya rekordçusudur və vulkanın hazırkı püskürməsi sayca 25-cidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [15:37]
Sabah dəniz suyunun temperaturu 24 dərəcəyədək isti olacaq
- 18.06.2026 [13:25]
Növbəti iki gün hava əsasən yağmursuz keçəcək – PROQNOZ
- 18.06.2026 [12:35]
Sabah Azərbaycanda havanın temperaturu 38 dərəcəyədək yüksələcək
- 17.06.2026 [15:52]
Mütəxəssis: Səhralaşmanın toxunmadığı materik və qitə yoxdur
- 17.06.2026 [12:53]
Abşeron çimərliklərində hava necə olacaq?
- 17.06.2026 [12:31]
Sabah ölkə ərazisində havanın temperaturu 36 dərəcəyə yüksələcək
- 17.06.2026 [12:03]
Xəzər dənizində zəlzələ qeydə alınıb
- 17.06.2026 [08:50]