Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dünya siyasətində məsuliyyətsizlik və Dağlıq Qarabağ münaqişəsinin reallıqları

Dünya siyasətində məsuliyyətsizlik və Dağlıq Qarabağ münaqişəsinin reallıqları

Dünyada bugünkü vəziyyətin aradan qaldırılması üçün ilk növbədə onun yaranma səbəbləri təhlil edilməli və müvafiq nəticələr çıxarılmalıdır. Bunu kim etməlidir? Hazırkı vəziyyətin yaranmasındakı məsuliyyəti kim öz üzərinə götürməlidir? İyirmi beş il əvvəl SSRİ-nin və Varşava Müqaviləsi Təşkilatının süquta uğraması ilə birqütblü dünya sistemi təşəkkül tapdı. “Soyuq müharibə”dən qalib çıxan Qərb dominant gücə çevrildi. Lakin sonrakı illərdə baş verən hadisələr bu dominantlığın dünya üçün müsbət faktora çevrilmədiyini, sülh və sabitliyi bərqərar edəcək yeni ideyaları ortaya çıxarmadığını göstərdi. Geostrateji maraqların reallaşdırılması məqsədləri, fərqli düşüncələr üzərində total nəzarət meyilləri hakim mövqedə qaldı. Bunun üçün demokratiya və insan hüquqları yumşaq təsir alətləri kimi formalaşdırıldı. Süni şəkildə yaradılmış ərazi münaqişələri əlavə təzyiq mexanizminə çevrildi. Müxtəlif maraqlar baxımından hətta terrorizm belə dəstəkləndi. Postsovet məkanı, Yaxın Şərq kimi regionlar yeni təhlükəli nəzəriyyələrin sınaq meydanına çevrildi.

Nəticə isə göz qabağındadır. İraq, Suriya, Yəmən, Liviya, Əfqanıstan kimi ölkələrdə hər gün minlərlə insan ölür. Öz ölkələrindən qaçan yüzlərlə miqrant Aralıq dənizində batır. Avropa terror aktlarının əsas hədəfinə çevrilir. Qoca qitədə radikal meyillər baş qaldırır. Bütün bunların fonunda isə sual doğuran əsas məqam budur: görəsən Qərb baş verənlərlə bağlı məsuliyyətini qəbul edirmi?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında beynəlxalq münasibətlər sistemində bu gün baş verən proseslərə toxunub. 2016-cı ildə dünyada siyasi, iqtisadi və hərbi böhranın baş verdiyini qeyd edən dövlət başçısı xüsusən Yaxın Şərqdəki vəziyyətin kəskinləşməsinə diqqət yetirib. Prezident xarici müdaxilələr nəticəsində öz ölkələrini tərk etməyə məcbur olan miqrantlara qarşı qeyri-insani rəftarı “bu ilin əlaməti və sivilizasiyalararası münasibətlərə çox böyük zərbə” kimi qiymətləndirib və dünyanın müxtəlif bölgələrində qanlı toqquşmaların, müharibələrin alovlandığını, risklərin, təhdidlərin artdığını vurğulayıb.

Bu ziddiyyətlərdən bilavasitə əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Ola bilsin ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmasaydı, biz beynəlxalq münasibətlərdə ədalətsizliyin, ikili standartların bu dərəcədə olduğuna inanmazdıq. Ancaq nə etməli, belə bir münaqişə bu günün reallığıdır və bizə yaxşı siyasət dərsi də keçir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti nədən ibarətdir? Azərbaycan torpaqları artıq 25 ildir ki, Ermənistan tərəfindən işğal olunub və ölkəmizin ərazi bütövlüyü pozulub. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Geosiyasi səhnədəki əsas güc mərkəzləri münaqişənin beynəlxalq hüquqa uyğun həllini dəstəklədiklərini bəyan edirlər. Beynəlxalq hüquq isə birmənalı şəkildə Azərbaycanın tərəfindədir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO, Avropa İnsan Hüquqları Məhkəməsi və digər beynəlxalq təşkilatların qərar və qətnamələri var. Lakin qəti mövqe ortaya qoyulmadığı üçün bu qətnamələr hələ də icra olunmayıb.

Münaqişənin həlli üzrə danışıqlarda vasitəçiliyi öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri indiyə kimi hər hansı real nəticə əldə etməyiblər. Düzdür, həmsədr ölkələrin prezidentləri dəfələrlə münaqişə ətrafındakı mövcud status-kvonun qəbuledilməz olduğunu bəyan ediblər. Lakin belə bəyanatlardan sonra heç bir praktik iş aparılmır. Bəzən isə hətta münaqişənin mahiyyətini təhrif edən, onu fərqli şəkildə təqdim edən bəyanatlar belə səsləndirilir.

Dünyada gedən bütün proseslərdə iştirak edən, sanki bütün proseslərə özünün töhfəsini verməyə çalışan super dövlətin – ABŞ-ın vəzifədən getmə ərəfəsində olan dövlət katibi Con Kerri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti belə bir bəyanata imza atdı. Tədbirlərdən birində dünyada baş verən proseslər haqda danışan Kerri “dondurulmuş münaqişə”lərə də toxunub və Dağlıq Qarabağ münaqişəsi haqda bunları deyib: “Müasir dünyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi bəzi dondurulmuş münaqişələr var ki, onların həll yolu görünmür, çünki liderlər buna hazır deyillər”.

Kerrinin məsələyə bu cür yanaşması olduqca məyusedicidir və eyni zamanda, çox təəccüblüdür. Maraqlıdır, görəsən, Minsk qrupunun həmsədrləri hansı məntiqli təklif irəli sürüblər ki, Azərbaycan onunla razılaşmayıb? Yaxud danışıqlardan boyun qaçırıb? Rəsmi Bakı hətta ən gərgin məqamlarda belə öz konstruktivliyini nümayiş etdirib və sülh naminə danışıqları davam etdirməyə hazır olduğunu bildirib.

Tutaq ki, Dağlıq Qarabağ mübahisəli ərazidir - əslində isə tarixi Azərbaycan torpaqlarıdır - bəs Azərbaycanın Dağlıq Qarabağ ətrafında olan və 760 minə qədər insanın məcburi köçkün həyatı yaşamasına səbəb olan 7 rayonunun 25 ildən artıq işğal altında qalmasını nə ilə izah etmək olar? Axı həmin ərazilərə Ermənistanın heç bir iddiası yoxdur?! 25 ildir ki, Azərbaycan erməni qoşunlarının işğal olunmuş ətraf rayonlardan çıxarılmasına, məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmasına nail olmağa çalışır. Əgər Ermənistan bu 7 rayonu azad edəcəksə, buna Azərbaycanın hazırlığımı lazımdır? Bunun üçün əsas missiya ABŞ da daxil olmaqla, ATƏT-in Minsk qrupunun 3 üzvünə verilib. Bəs bu 7 rayonun qeyd-şərtsiz Azərbaycana geri qaytarılması üçün vasitəçilər nə ediblər? Bəzən hətta Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən sadə bir bəyanatı səsləndirməkdə belə çətinlik çəkirlər. Həmsədrlərin ötən illərdə düşünüb tapdığı yeganə məsləhət isə odur ki, Azərbaycan və Ermənistan özü razılığa gəlsin.

Burada bir məsələni vurğulamaq lazımdır. Ermənilər də tez-tez “Azərbaycan münaqişənin həllinə hazır deyil” kimi iddialar səsləndirirlər. Onlar bunu dedikdə Dağlıq Qarabağın bütövlükdə Ermənistana verilməsini nəzərdə tuturlar. Kerrinin bəyanatı ilə Ermənistanın mövqeyi arasındakı oxşarlıq gözdən qaçmır. Bəlkə Kerri də məhz elə bunu nəzərdə tutur? “Münaqişənin həll yollarının görünməməsi” fikri əslində elə ermənilərin maraqlarına uyğundur. Məhz bu cür yanaşmalardan cürətlənən Ermənistan münaqişənin həllini mümkün olduğu qədər uzatmağa çalışır. Prezidentin qeyd etdiyi kimi, “Azərbaycanı münaqişənin həll olunmamasında günahlandırmaq ən azı insafsızlıqdır və Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir”.

Məsələyə başqa bir tərəfdən baxaq. Kerri Azərbaycanla yanaşı, Ermənistanın da münaqişənin həllinə hazır olmadığını deyir. Bəs Ermənistan nəyə hazır olmalıdır? Əlbəttə ki, işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə. Bunu ondan kim tələb etməlidir? Əlbəttə ki, vasitəçilər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin lehinə səs vermiş böyük dövlətlər. İndi Kerrinin belə bir fikir səsləndirməsi işğalçı Ermənistanın “nazı ilə oynamaq” deyilmi? Yəni “Ermənistan nə vaxt torpaqları azad etməyə hazır olarsa, məsələyə onda baxarıq”? Bu, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını legitimləşdirmə cəhdindən, niyyətindən xəbər vermirmi?

Dağlıq Qarabağ münaqişəsinin “dondurulmuş münaqişə” adlandırılması isə ayrıca bir mövzudur. Aprel döyüşləri bunun belə olmadığını bir daha göstərdi. Lakin nədənsə müəyyən dairələr ciddi-cəhdlə Dağlıq Qarabağ münaqişəsini məhz bu kateqoriyaya aid etməyə çalışırlar. Vasitəçilər hər dəfə cəbhə xəttində gərginlik yaranan kimi narahatlıq keçirir və bir qədər fəallaşırlar. Lakin bu fəallıq dövründə də proseslərin əsl səbəblərinə diqqət yetirməkdənsə, vəziyyətin yenidən “dondurulması”na can atırlar.

Götürək elə Vyana danışıqlarında ortaya atılan təmas xəttinə videomüşahidə sistemlərinin yerləşdirilməsi və insidentlərin araşdırılması mexanizminin yaradılması təklifini. Azərbaycan bu təklifi rədd etdi. Lakin indi məlum olur ki, ABŞ tərəfi bu mexanizmin yaradılmasına imkan verən sistemləri birtərəfli şəkildə Ermənistana ötürüb. Belə çıxır ki, ABŞ öz liderinin dəfələrlə verdiyi bəyanata baxmayaraq, işğalçı Ermənistanın münaqişə ətrafında status-kvonu saxlamasına və münaqişənin dondurulmasına yardım edir.

Obama administrasiyası artıq hakimiyyəti təhvil verməyə hazırlaşır və müxtəlif tədbirlər, çıxışlar, bəyanatlar vasitəsilə bir növ öz fəaliyyəti haqda ictimaiyyətə hesabat təqdim edir və müxtəlif məsələlər üzrə rəy formalaşdırmağa çalışır. Görəsən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirilən bu fikir ABŞ-ın münaqişəni həll etmək iqtidarında olmamasının etirafıdır, yoxsa başqa bir məqsədə xidmət etmək üçün vəzifədən getməzdən əvvəl ortaya mesajdır? (Təəssüf ki, 20 ildən artıq bir müddətdə mövcud beynəlxalq hüquqa əsaslanan heç bir konkret təklif və ya mövqe ortaya qoyulmayıb).

Con Kerri xarici siyasətdəki hər bir məsələyə ABŞ-ın maraqları və dəyərləri prizmasından yanaşmanın vacibliyini önə sürür. Sual olunur: bütün çətinliklərə baxmayaraq, böyük inkişaf yolu keçmiş, enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə və digər sahələrdə Qərbin etibarlı tərəfdaşına çevrilmiş, digər ölkələrə Roma Papası tərəfindən tolerantlıq nümunəsi kimi göstərilən Azərbaycanın ərazi bütövlüyünün bərpası ABŞ-ın hansı maraqlarına ziddir? Öz doğma torpaqlarından didərgin düşmüş bir milyondan artıq qaçqın və məcburi köçkünün fundamental hüquqlarının bərpası özünü “demokratiya carçısı” elan edən ABŞ-ın hansı dəyərlərinə uyğun gəlmir?

Dövlət başçısı Qərb mediasında, həm də qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının əsas səbəbini izah etdi – bəlkə Azərbaycanın Dağlıq Qarabağın müstəqilliyinə razılıq verdi. Həqiqətən, Kerrinin dövlət katibi olduğu illərdə Dövlət Departamentinin, ondan təlimat alan müxtəlif QHT-lərin və Departamentin keçmiş əməkdaşlarının Azərbaycan haqda dünyada yanlış rəy formalaşdırmaq, gündəm yaratmaq səyləri heç vaxt səngiməyib. Görünür, hələ 1990-cı ildə Dağlıq Qarabağın Ermənistana verilməsi tələbi ilə SSRİ-nin rəhbəri Qorbaçova məktub yazmış Con Kerrinin həmin mövqeyi dəyişməz olaraq qalır. Onun bu bəyanatı Dağlıq Qarabağ münaqişəsinin reallıqları barədə yanlış mövqe formalaşdırmaq və bəlkə də, Azərbaycana qarşı hansısa yeni təzyiq mexanizmi yaratmaq cəhdindən başqa bir şey deyil.

Azərbaycan birmənalı şəkildə ABŞ-ın dövlət katibi Con Kerrinin bəyanatını qəbul etmir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tezliklə bu ifadələrə ən yüksək səviyyədə düzəliş edilməli olduğunu bildirdi: “Əks təqdirdə, burada vasitəçilik missiyası şübhə altına düşə bilər”. Bu cür qeyri-obyektiv və ədalətsiz mövqe əsasında nə vasitəçilik etmək, nə də dünyada sabitliyə, inkişafa nail olmaq olar.

Bütün bunlar isə sadəcə təəssüf doğurur. Öz xarici siyasətini sülh, inkişaf, əməkdaşlıq kimi prinsiplərə, multikultural dəyərlərə əsaslandıran Azərbaycan “Eurovision” mahnı müsabiqəsi, birinci Avropa Oyunları, Beynəlxalq Humanitar Forum, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, İslam Həmrəyliyi Oyunları kimi tədbirlərə ev sahibliyi edir. Dünya katoliklərinin lideri olan iki Roma Papası Azərbaycana səfər edir. Bütün bunlar kiçik bir müsəlman dövlətinin öz liderlərinin düşünülmüş siyasəti nəticəsində əldə etdiyi uğurların az bir hissəsidir. Belə ölkəyə qarşı bu münasibət nə dərəcədə ədalətlidir?

Reallıq ondan ibarətdir ki, qarşılaşdığı haqsızlıqlara baxmayaraq, Azərbaycan öz yolu ilə uğurla inkişaf edir. Bu yolu xalq tərəfindən birmənalı şəkildə dəstəklənən Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Azərbaycanın inkişafının daha yüksək səviyyəyə qalxmasını təmin edəcək son referendumun nəticələri də hakimiyyətin siyasətinə xalqın dəstəyini bir daha əyani şəkildə sübut etdi. Prezident İlham Əliyevin Azərbaycan xalqına ona göstərdiyi böyük etimada görə təşəkkür etməsi təbiidir. Lakin xalq da öz dövlət başçısına minnətdardır. Onun hansı təzyiqlərlə üzləşdiyini, dünyadakı bugünkü xaos fonunda hansı zəhmətlər hesabına Azərbaycanın sabitliyini və davamlı inkişafını təmin etdiyini xalq başa düşür. Şübhəsiz ki, bütün bunların əsasında dövlət başçısının “Heydər Əliyev yolu ilə” inamla addımlaması dayanır.

Dünya isə hələ bugünkü qədər gərgin olmayıb. Ayrı-ayrı regionlarda baş verən münaqişələrin sayı durmadan artır. Bu münaqişələrin xarakterik xüsusiyyəti onların artıq lokal xarakter daşımaması və öz coğrafi sərhədlərindən çıxaraq daha geniş çərçivədə təsir imkanına malik olmasıdır. Bütün bunların isə yeganə bir səbəbi var. Bu da uzun illər ərzində formalaşmış, böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərin fəaliyyətinin çərçivəsini müəyyən edən beynəlxalq hüququn birmənalı şəkildə iflasa uğramasıdır. Təəssüflər olsun ki, son bir neçə on illikdə beynəlxalq hüquq yalnız söz olaraq qalır. Beynəlxalq aləmdəki indiki gərginlik - müharibənin astanasında dayanmağımız da beynəlxalq hüquqa münasibətin məntiqi nəticəsidir.

Bəşəri sülhün və ədalətin bərqərar olması üçün isə ilk növbədə beynəlxalq münasibətlər sistemindəki proseslərin xarakterini müəyyən edən böyük dövlətlərin mövqeyinin ədalətli, ardıcıl və birmənalı olması lazımdır. Bu ölkələrin liderləri atdıqları addımların, verdikləri bəyanatların məsuliyyətini dərk etməli və öz mövqelərində beynəlxalq hüququn norma və prinsiplərini əsas götürməlidirlər. Əks halda, qlobal sülh və sabitlik üçün əngəl törədən ziddiyyətlərin və münaqişələrin aradan qaldırılması mümkün olmayacaq.

Görəsən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və onun komandası XXI əsrin ikinci onilliyində ölkələrin, millətlərin, xalqların taleyi ilə birbaşa bağlı olan bu mühüm problemin həllinə öz töhfəsini verə biləcəkmi?

Newtimes.az 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Bakıda dünya qastroenteroloqlarının 20-ci beynəlxalq konqresi işə başlayıb

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar YENİLƏNƏCƏK

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO

Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb

Aprelin 24-də 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub

Azərbaycan Kubokunun yarımfinalında məhsuldarlıq rekordu yenilənib

DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar VİDEO

DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb

“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib VIDEO

“Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq

Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır