DÜNYA


Dünya şöhrətli aktyor Ceki Çan yeni filmdə çəkilib

A+ A

Bakı, 28 iyul, AZƏRTAC

Amerikalı televiziya ulduzu Conni Noksvil və dünya şöhrətli aktyor Ceki Çan “İz ilə getmək” adlı komediya filmində çəkiliblər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ekran əsəri qanunu pozan cinayətkarların cəzalandırılmasından bəhs edir. Noksvil filmdə Honkonqda gizlənən amerikalı cinayətkarı, Ceki Çan isə onu Makaoya çatdıracaq Çin polisini oynayır. Lakin Noksvil həbsə girmək istəmir və pasportunu yandırır. Qəhrəmanların yolu gözləmədikləri halda Monqolustana gedib çıxır.

Rejissoru Renni Harlin olan filmin premyerası avqustda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.