ELM VƏ TƏHSİL


Dünya şöhrətli alim Qərb Universitetində mühazirələr deyəcək

Bakı,21 iyun, AZƏRTAC

Dünya şöhrətli riyaziyyatçı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev Qərb Universitetində mühazirələr deyəcək.

Bunu jurnalistlərə açıqlamasında M.Əfəndiyev bildirib. Professor deyib ki, onun Qərb Universiteti ilə çoxspektrli əməkdaşlığı nəzərdə tutulur və bu əməkdaşlıq çərçivəsində tələbə və müəllimlər üçün mühazirələrlə yanaşı, universitet tələbələrinin Almaniyanın və Avropanın digər ölkələrində uzun və qısamüddətli təhsil proqramlarında iştirakına dəstək göstəriləcək.

Məlumat üçün bildirək ki, M.Əfəndiyev dünyanın bir çox aparıcı universitetlərində mühazirələrlə çıxış edir. O, dünya elmində ən yüksək təltiflərdən (“kiçik Nobel mükafatı”) sayılan “Aleksander fon Humboldt” mükafatının ilk azərbaycanlı laureatıdır.

Qeyd edək ki, bir neçə gün öncə professor Qərb Universitetində “Universitetlərin inkişaf strategiyasında beynəlxalq əməkdaşlığın rolu” mövzusunda mühazirə ilə çıxış edib. Sonra ona universitetin fəxri professoru diplomu təqdim olunub.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.