MƏDƏNİYYƏT


Dünya şöhrətli müğəninin ABŞ-dakı konsertində həmyerlilərimiz də iştirak edib

Bakı, 7 mart, AZƏRTAC

Dünya şöhrətli meqastar Tarkan Nyu-Yorkun ən məşhur “The Novo by Microsoft” konsert salonunda çıxış edib.

Anadolu agentliyinin məlumatına görə, “SM Production Group” təşkilatının təşəbbüsü ilə gerçəkləşən konsertdə meqastar tamaşaçılar qarşısında türk və ingilis dillərində olan hit mahnılar səsləndirib.

Konsertdə Nyu-Yorkda yaşayan Meksika, Rusiya və iranlılarla yanaşı, azərbaycanlılar da iştirak ediblər. Həmçinin türkiyəli müğənni Los-Ancelesdə də möhtəşəm konsert proqramı təqdim edib.

Meqastarın növbəti konsertinin Meksikada baş tutacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.