CƏMİYYƏT


Dünya şöhrətli radioloq ATU-da mühazirə oxudu

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında dölün exokardioqrafiyasının banisi sayılan professor Filip Jentinin iştirakı ilə seminar başlayıb.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, dünya şöhrətli radioloq-sonoqrafist, dölün exokardioqrafiyası üzrə mütəxəssis Filipp Jenti “Azerbaijan Fetal Education Research Group” və Azərbaycan Tibb Universitetinin birgə təşəbbüsü ilə ATU-da təşkil olunan ikigünlük seminara qatılıb. Professor F.Jenti ana bətnindəki dölün ürəyinin daha dərindən dinlənilməsi, dölün anatomik anomaliyalarının ultrasəs müayinəsi vasitəsilə müəyyənləşdirilməsinə dair “Ürəyin disseksiyası” mövzusunda mühazirə ilə çıxış edir.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının pediatrik-invaziv kardioloqu Elşən Rzayevin sözlərinə görə, bu məruzə hər bir kardioloq, radioloq üçün çox önəmlidir. Konfransda qeyd olunub ki, Filipp Jenti dünyanın bütün həkimlərinin işlətdiyi ultrasəs cihazlarında dölün ölçülərini izləməyə imkan verən çarxları kəşf edib. Professor 120-dən çox ölkədə mühazirələrlə çıxış edib. Dölün exokardioqrafiyası ultrasəs müayinənin bir növüdür. Bu müayinə ana bətnində olduğu zaman döldəki anadangəlmə ürək qüsurlarını və digər xəstəlikləri aşkarlamağa imkan verir. O, 34 dərslik, 154 elmi məqalənin müəllifidir.

Professor F.Jenti həm də “TheFetus” saytının müəllifidir. Burada sonoqraflar bir çox maarifləndirici informasiyanı əldə edir, həm də təcrübə mübadiləsi aparırlar.

Qeyd edək ki, ATU-da keçirilən seminarda yalnız universitetin əməkdaşları yox, respublika üzrə dölün exokardioqrafiyası ilə maraqlanan bir çox mütəxəssislər iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.