MƏDƏNİYYƏT


Dünya şöhrətli rus müğənnisi Qriqori Leps Bakıda konsert verəcək

A+ A

Bakı, 22 avqust, AZƏRTAC

Rusiyanın Əməkdar Artisti Qriqori Leps Bakıda konsert verəcək.

AZƏRTAC xəbər verir ki, noyabrın 19-na planlaşdırılan konsert Heydər Əliyev Sarayında baş tutacaq. Nadir diapazona və vokal koloritə malik olan Q.Leps bu dəfə tamaşaçıların görüşünə “The Best” adlı konserti ilə gələcək. Konsert proqramında müğənni öz repertuarında hit olan musiqi nömrələri ilə yanaşı, yeni mahnılarını da təqdim edəcək.

Qeyd edək ki, müğənni sonuncu dəfə “Jara” (“İsti günlər”) Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakıda çıxış edib. Gürcü əsilli rus estrada müğənnisi Beynəlxalq Estrada Sənət Xadimləri İttifaqının üzvüdir.

Öz üslubunu “rok elementləri ilə estrada musiqisinin vəhdəti” adlandıran müğənni “İlin mahnısı” və “Qızıl Qrammofon” mükafatları laureatıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.