ELM VƏ TEXNOLOGİYA


Dünya üzrə internet-kitabxana xidməti təqdim olunur

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

“MiKRO Information Handling and Distribution” şirkəti dünya üzrə internet-kitabxana xidmətini təqdim edir. Bu kitabxana “open access” jurnallara bir mərkəzdən girişi təmin edən platformadır.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “MiKRO Information Handling and Distribution” şirkətinin nümayəndəsi Mehmet Haseki ilə görüşdə bildirilib.

Təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verən M.Haseki şirkətə müraciət edən müəssisələrin “World eBook Library” və “Global e-Journals Library”nin bazasından iki ay ödənişsiz istifadə imkanına malik olduğunu söyləyib. Qonaq dünya üzrə bu xidmətlərdən istifadə edən şirkətlərin adlarını açıqlayıb.

Qeyd edilib ki, elektron kitablar, akademik tədqiqatlar və audiokitablardan ibarət olan “World eBook Library” dünyada elektron kitab və sənədlərin ən böyük arxividir. Elmi tədqiqatlara dair 200 dildə üç milyondan çox elektron kitab və sənədin təqdim olunduğu kitabxanada abunəçilər bütün kolleksiyaya tam giriş əldə edirlər.

M.Haseki, həmçinin “Global e-Journals Library”nin təqdim etdiyi imkanlar barədə məlumat verib. Bu elektron kitabxananın dünyanın 135 ölkəsində 125 il ərzində nəşr olunmuş 9 milyondan çox məqaləni əhatə edən 22 mindən çox jurnala “open access” təklif edən ilk məlumat bazası olduğu diqqətə çatdırılıb. Bildirilib ki, burada jurnal və məqalələr avtomatlaşdırılmış şəkildə deyil, kitabxanaçılar tərəfindən toplanmış, emal və təsnif olunmuş halda saxlanılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.