Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Dünya xalçaçılığının “Şeyx Səfi” möcüzəsi

Bakı, 26 aprel, AZƏRTAC

Bu gün dünya xalça sənətindən söz düşəndə onun çoxəsrlik uğurlarını təsdiqləyəcək nümunələr arasında ilk növbədə məşhur “Şeyx Səfi” xalısının adı çəkilir, desək, yanılmarıq. Onun bu birinciliyi əldə etməsi təbii ki, səbəbsiz deyil. Bu səbəblər sırasında onun qədimiliyini və orijinal kompozisiyaya malik olmasını, xalça yox, xalı adlandırılmasını şərtləndirən ölçüsünün böyüklüyünü, ən nəhayət, bu sənət nümunəsinin toxunmasında nümayiş etdirilən yüksək ustalığı vardır. Bu səbəblərin qaynaqlandığı məkanın bilavasitə Azərbaycan olmasının qarşılığında, demək lazımdır ki, xalçaçılıq miniatür kimi çox qədimlərdən xalqımıza dünya şöhrəti gətirən, onun tanınma nişanına çevrilmiş sənət sahələri olmuşdur. Arxeoloji materialların və ədəbi - tarixi mənbələrin hələ eramızdan əvvəl II minillikdə Azərbaycanda xalçaçılığın yüksək inkişafından xəbər verməsi də onun müasir uğurlarının təsadüfi olmadığını təsdiqləyir. Qənaətimizcə, xalça üzərində dünyaya gəlib onun üzərində iməkləməyə başlayan, sonda da xalça arasında bir dünyadan digərinə köçən xalqın həyatında bu sənət növünün bu cür geniş yayılması və dünya şöhrəti qazanması da bir qanunauyğunluqdur. Hər gün Allahına ruhən pənah aparan azərbaycanlı müsəlmanın namazlıq xalçası üzərində ibadət etməsi də yəqin ki, bu sənətə olan ehtiramın göstəricisidir.

Etiraf etmək lazımdır ki, Azərbaycan xalçaçılığının çoxəsrlik təşəkkül tarixini yüzlərlə unikal sənət nümunələri bəzəsə də, onların arasında “Şeyx Səfi” xalısı xüsusi yer tutur. Şaşırdıcı naxış örtüyü və böyük ölçüsü ilə insan ağlını ovsunlayan bu xalı yüksək sənətkarlığı danılmaz olan xalqımızın dünya incəsənəti xəzinəsinə verdiyi çox layiqli töhfələrdən sayılır. Doğrudan da 1539-cu ildə ərsəyə gətirilən, ümumi sahəsi 52,12 kvadratmetr olan və mütəxəssislər tərəfindən sənət möcüzəsi kimi dəyərləndirən bu toxuculuq nümunəsi istənilən millətə başucalığı gətirə biləcək bir əsərdir. Amma təbrizli ustaların əllərinin sehri, ürəklərinin hərarəti ilə toxunan bu sənət incisinin sonda bizim yox, özgə bir məmləkətin sərvəti olması hər birimizi təəssüfləndirir. Bunun da çox maraqlı tarixçəsi vardır...

Öncə deyək ki, Azərbaycanda “Şeyx Səfi” adı ilə tanınan bu ecazkar sənətkarlıq nümunəsi Londondakı Viktoriya və Albert muzeyində “Ərdəbil xalçası” kimi nümayiş etdirilir. “Şeyx Səfi” adını bu xalıya Azərbaycan xalça elminin banisi Lətif Kərimov vermişdir. O, bunu I Təhmasibin sifarişi ilə Təbrizdə 1539-cu ildə toxunan xalının Səfəfiyyə təriqətinin başçısı Şeyx Səfiəddin İshaqın Ərdəbildəki məscid-türbəsinə vəqf (dini və xeyriyyə məqsədilə dövlətin, yaxud ayrı-ayrı şəxslərin könüllü bağışladığı daşınan və daşınmaz əmlak) edilməsi ilə əlaqələndirmişdir.

Ümumi sahəsi 56,12 kvadratmetr olan (10,51 m x 5,34 m) xalının bədii əsasını “Ləçək-türünc” kompozisiyası təşkil edir. Xalının mərkəzindəki onaltı guşəli göl-türünc günəşi, qübbələr isə ondan ayrılan şüaları andırır. Ara sahənin künclərində yerləşdirilmiş üçbucaq şəkilli türünclərin istiqaməti mərkəzi sahəyə yönəldiyindən bütünlükdə kompozisiyanı çox yaxşı tamamlayır. Mərkəzlə bu künclər arasındakı əlaqəni isə sürməyi rəngli yerliyə ritmik şəkildə səpələnmiş müxtəlif rəngli (ağ, qırmızı və şəkəri) gözoxşayan nəbati naxışlar “seli” yaradır. Bu ecazkar görüntünü xalının enli haşiyəsindəki bulud rəsmləri ilə bəzədilmiş kətəbə silsiləsi, ensiz haşiyə və mədaxili təşkil edən bulud və “xətai” (formaca uzun olub, enli yarpağa bənzəyən, kənarları büzməli diliklər ilə əhatələnən naxış elementi) elementləri əhatələyir. Bütünlükdə, kodlaşdırılmış kimi görünən naxış örtüyünün əsl mənasını çox vaxt açmaqda acizlik çəkənlərin xalçalarımızı “gələcəyə göndərilmiş məktub” kimi dəyərləndirilməsinin qarşılığında, “Şeyx Səfi”nin də məna-məzmunun “alt qata” – sirliliyə bələnməsi də ehtimal olunandır.

Uzun müddət Şeyx Səfi kompleksini bəzəyən xalı mədəni irsə biganəlik üzündən 1893-cü ildə Londonda auksiona çıxarılmış və burada ingilislərin ianəsi hesabına Viktoriya və Albert muzeyi (o vaxt auksionda 25 min funt sterlinqə satılan xalçanı almağa muzeyin vəsaiti olmayıb) üçün alınmışdır. Bu biganəliyin kökündə isə Ərdəbildə baş vermiş zəlzələdən zərər çəkmiş Şeyx Səfi kompleksinin təmirinə yerli imkanlı adamların vəsait ayırmaması durur. Şəhərin rəmzinə çevrilmiş dini-memarlıq tikilisinə ərdəbillilərin biganəliliyini görən kompleksin xidmətçiləri, bərpa işləri aparmaq üçün buradakı bəzi əşyaları auksiona çıxarmağa məcbur olmuşlar. Məscid-türbənin döşəməsinə salınmış bir cüt xalı da satılan əşyaların arasında olub. Onları zamanında İngiltərənin xalça satışı ilə məşğul olan “Ziqler” şirkəti alıb və son nəticədə onlardan biri Londondakı auksiona çıxarılıb və muzey üçün alınıb. Uzun müddətdir ki, məşhur xalı burada şüşə örtük altında qorunur. Xalının rənglərinin solmaması üçün şüşənin altındakı işığı yalnız hər saatda 10 dəqiqə yandırırlar...

Ümumiyyətlə, bu xalılar barəsində müxtəlif fikirlər mövcuddur. Bunlardan biri xalçaların zədələndiyinə görə onlardan birinin hər iki kənarının kəsilərək digərinə tikilməsidir. Başqa sözlə desək, zəlzələdən sonra zədələnmiş xalıların bərpası həyata keçirilmiş və son nəticədə bir “tam” və bir “yarımçıq” əsər alınmışdır. Elə onlardan biri, yəni “tam” xalı London auksionuna çıxarılaraq satılmışdır. Eyni ölçülü digər zədəli xalı isə bir amerikalı kolleksionerə satılmışdır. Deyilənə görə 1530-cu ildə toxunan və hazırda Los-Anceles (ABŞ) muzeyində nümayiş etdirilən də elə həmin xalıdır. Amma həmin xalının fotosu onun zədəli olmadığını açıq-aydın göstərir. Ola bilsin ki, sonradan onun da üzərində bərpa işi aparılıb. Bu yerdə deyək ki, bir qayda olaraq “Şeyx Səfi” xalısı ilə bağlı yazılarda yalnız Londondakı əsərin adı çəkildiyindən, digər xalı demək olar ki, unudulub. Çox vaxt belə təsəvvür yaranır ki, Şeyx Səfi məscid-türbəsində iki yox, bir xalı olub. Amma adi məntiq belə bunun əksini təsdiqləyir. Belə ki, yalnız iki xalı yan-yana salınanda məscid-məqbərənin döşəməsi tam örtülərmiş. Deməli, bu cür məşhur və çox nüfuzlu dini tikilinin döşəməsini “qurama” örtük yox, bir-birini tamamlayan iki xalı bəzəyə bilərmiş. Odur ki, buranı iki xalının bəzəməsi daha inandırıcıdır...

Müstəqillik illərində üzə çıxarılan və hazırda Tehrandakı Xalça muzeyini bəzəyən eyni çeşnili xalı isə yuxarıda adları çəkilən iki nümunədən daha əvvəl – 1505-ci ildə ərsəyə gətirilmişdir. Eyni naxış örtüyünə malik olan bu xalıların bilavasitə Səfəvilərin hakimiyyəti dövründə, yəni, 1505-ci ildən başlayaraq mövcudluğu göstərir ki, klassik “Ləçək-türünc” kompozisiyalı bu toxuculuq nümunəsi zamanında ölkədə geniş yayılıbmış. Ecazkar çeşniyə malik olan belə xalıların ikisinin sonda o dövr üçün çox əhəmiyyətli sayılan Şeyx Səfi məscid-məqbərəsinə yol tapması da heç şübhəsiz bu kompozisiyanın əhali arasında geniş rəğbət qazanmasının göstəricisidir. Yeri gəlmişkən deyək ki, bu çeşniyə maraq göstərənlərin çoxluğunu nəzərə alan xalça istehsalçıları elə XVI əsrdə yaşayış evlərində istifadə etmək üçün onun kiçik variantlarını da hazırlamışdılar. Ötən əsrin səksəninci illərinin sonlarında Hindistandan Bakıya gətirilmiş bir dekorativ-tətbiqi sənət sərgisinin ekspozisiyasına həmin kiçik ölçülü xalçalardan biri daxil edilmişdi...

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir