CƏMİYYƏT


Dünya yazıçıları uşaq hüquqları naminə bir araya gələcəklər

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

BMT-nin Uşaq Fondu (UNICEF) 20 noyabr - Dünya Uşaqlar Günü münasibəti ilə dünya ədəbiyyat kampaniyasına başlayıb.

UNICEF-in nümayəndəsi Ayna Mollazadənin AZƏRTAC-a verdiyi məlumata görə, kampaniyaya qoşulan iki yüz məşhur yazıçısı, o cümlədən roman, pyes və şeir müəllifləri kiçik hekayələr qələmə alacaqlar. Hekayələrdə yoxsul və ən çox məhrumiyyətlərə məruz qalan uşaqların üzləşdiyi ədalətsizliklər işıqlandırılacaq.

Bu kampaniya uşaq hüquqları üçün təhlükələrin artdığı bir zamanda yaradılıb. İndiyədək 50 milyondan artıq uşaq münaqişələr, yoxsulluq, iqlim dəyişmələri üzündən evindən didərgin düşüb. Onlar öz icmalarında zorakılıqla üzləşirlər. Təqribən 263 milyon uşaq məktəbə gedə bilmir. Keçən il isə beş yaşadək, təqribən altı milyon uşaq adi xəstəliklərdən dünyasını dəyişib.

Qeyd olunub ki, Çimamanda Adiçie, Paulo Koelho, Kristina Lamb və Nuruddin Farah hekayələri qələmə almaq üçün dünya yazıçıları ilə bir araya gələcəklər. Azərbaycandan xalq yazıçıları Elçin Əfəndiyev, Çingiz Abdullayev, yazıçı Günel Anarqızı və başqaları layihəyə qoşulublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.