MƏDƏNİYYƏT


Dünyaca məşhur moda fotoqrafı Canluka Santoro Bakıda mühazirə oxuyacaq

A+ A

Bakı, 26 dekabr, AZƏRTAC

Dekabrın 28-də İtaliyanın tanınmış moda fotoqrafı Canluka Santoronun iştirakı ilə “YARAT” Müasir İncəsənət Mərkəzində ustad dərsləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, italiyalı fotoqraf ustad dərslərində moda fotoqrafiyası və aspektləri haqqında məlumat verəcək, dünyanın ən lüks brendləri ilə əməkdaşlıq təcrübələrini iştirakçılarla bölüşəcək.

Mühazirədə hər kəs iştirak edə bilər.

Qeyd edək ki, bir sıra dünya şöhrətli şəxslərin fotoportretlərini çəkməklə populyarlıq qazanan fotoqraf hazırda dünyanın ən məşhur moda brendləri ilə əməkdaşlıq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.