DÜNYA
Dünyada 1 terabaytlıq ilk SD yaddaş kartı təqdim edilib
Bakı, 21 sentyabr, AZƏRTAC
Almaniyanın Köln şəhərində keçirilən “Photokina 2016” sərgisində “Western Digital” şirkəti tərəfindən dünyada 1 terabayt tutumunda ilk SD yaddaş kartı təqdim edilib.
AZƏRTAC “dailycomm.ru” saytına istinadən xəbər verir ki, “Western Digital” şirkətinin nümayəndəsi bildirib ki, daşıyıcı böyük yaddaş tələb edən məzmun (“4K” materiallar, panorama videosu, virtual reallıq və sairə) üçün gərəklidir.
"Bir neçə il əvvəl 1 terabaytlıq SD kart ideyası qəribə səslənirdi. İndi bu, reallığa çevrildi. Biz virtual reallıq kimi texnologiyalara tələbatın artması ilə yüksək keyfiyyətdə fasiləsiz videoçəkiliş üçün terabaytlıq daşıyıcılardan istifadə edə biləcəyik", deyə “Stargate Studios” şirkətinin direktoru və Amerika Kinematoqrafçılar Cəmiyyətinin üzvü Sem Nikolson bildirib.
Terabaytlıq yaddaş kartının satışa çıxarılma tarixi və qiyməti haqda məlumat yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]