DÜNYA


Dünyada “Əşyalar interneti” üçün platformaların sayı 450-yə çatıb

Bakı, 3 iyul, AZƏRTAC

Dünyada “Əşyalar interneti” (IoT) texnologiyaları üçün platformaların sayı 450-yə çatıb. Bu barədə “IoT Analytics” şirkətinin hesabatında deyilir. Ötən illə müqayisədə platformaların sayında 25 faiz artım qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, məlumata görə, tədqiqatçılar “IoT” platformalar bazarını ümumilikdə 13 vertikal seqmentə bölüblər. “Əşyalar interneti” üçün platforma həlləri hazırlayan şirkətlərin əksəriyyəti sənayedə (32 faiz), “ağıllı” şəhərlərdə (21 faiz) və “ağıllı” evlər üçün həllərdə (21 faiz) cəmləşib. Ötənilki tədqiqatda “ağıllı” evlər seqmenti lider olsa da, hazırda vəziyyət dəyişib.

Tədqiqatda 40 ölkənin dörd yüz əlli platforması haqqında məlumatın göstərilməsinə baxmayaraq, onların yarısından çoxu ABŞ şirkətləri tərəfindən hazırlanır. Bundan başqa, hazırda bazarın dinamik inkişaf etməsi səbəbindən əksər oyunçular bazara tez daxil olduqları kimi, tez də tərk edirlər. Belə ki, ötən il ərzində analitiklər tərəfindən 30 oyunçunun bazarı tərk etməsi qeydə alınıb.

Qeyd edək ki, “IoT” bir-biri ilə əlaqə üçün quraşdırılmış texnologiyalarla təchiz edilən fiziki əşyaların hesablama şəbəkəsi konsepsiyasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.