DÜNYA


Dünyada ən genişformatlı monitor nümayiş etdirilib

A+ A

Bakı, 31 avqust, AZƏRTAC

“LG” şirkəti “UltraWide” genişformatlı monitorlar seriyasına üç yeni model əlavə edib. Tərəflərin nisbəti 21:9 olan və dünyada ən böyük monitor kimi qələmə verilən “38UC99” modeli xüsusi diqqətə layiqdir. Bu model 38 düymlük bükük ekran (3840x1600 piksel) və “IPS” matrisə malikdir.

AZƏRTAC “hitech-vesti.ru” saytına istinadən xəbər verir ki, “USB Type-C” portu ilə təchiz edilmiş ilk genişformatlı monitor sentyabrda 1500 dollara satışa çıxarılacaq. 34 düymlük ekrana malik daha bir bükük model oyun həvəskarları üçün nəzərdə tutulub. Bu monitor, həmçinin təsvirin yeniləmə tezliyi yüksək olan (144 QHs) “IPS” matrislə təchiz edilib. Bu modeli oktyabrda 700 dollara almaq mümkün olacaq.

Düz ekrana malik 34 düymlük “34UM79M” modeli noyabrda 600 dollara satışa çıxarılacaq. Bu model video və başqa məzmunun yayımı üçün daxili “Google Cast” dəstəyinə malikdir.

Yeni modellər 2-7 sentyabr tarixlərində Berlində keçiriləcək “IFA” istehlak elektronikası sərgisində nümayiş etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.