DÜNYA


Dünyada ən güclü oyun konsolu təqdim edilib

Bakı, 12 iyun, AZƏRTAC

"Microsoft" şirkəti "E3" sərgisi çərçivəsində keçirdiyi mətbuat konfransında yeni "Xbox One X" oyun konsolunu təqdim edib.

AZƏRTAC "lenta.ru" saytına istinadən xəbər verir ki, şirkətin nümayəndələrinin sözlərinə görə, yeni oyun konsolu ona qurulmuş 6 teraflops gücündə qrafik kart sayəsində "4K" təsvir ölçülü və 60 fps kadrlar tezliyində olan oyunları işə salmağa imkan verəcək. Müqayisə üçün, "PS4 Pro" oyun konsolunun məhsuldarlığı 4,2 teraflops təşkil edir. Bundan başqa, "Xbox One X" konsolu "Microsoft"un ən yığcam oyun konsoludur. Bu konsol "Xbox One S" üçün əlçatan bütün aksesuarları dəstəkləyir.

Cari il noyabrın 7-də satışa çıxarılacaq "Xbox One X" oyun konsolunun qiyməti 500 dollar təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.