DÜNYA


Dünyada ən iri dinozavr-titanozavrlar Orta Asiya ərazisində yaşayıb

A+ A

Daşkənd, 15 oktyabr, AZƏRTAC

Qırğızıstanın ca-news portalında verilən xəbərə görə, Rusiya və Amerika paleontoloqları sübut ediblər ki, dünyada ən iri dinozavr-titanozavrlar müasir Orta Asiya ərazisində yaşayıb.

Rusiya alimi Aleksandr Averyanov Qızılqumda nəhəng titanozavrların daşlaşmış qalıqlarını tapdıqdan sonra belə nəhəng dördayaqlı və uzunboğazlı heyvanların uzunluğunun 25-30 metr, ağırlığının isə 100 tondan çox olduğu qənaətinə gəlib.

Bildirilib ki, Orta Asiya ərazisində bu qədim heyvanların 200 növü aşkar edilib və onlar bu torpaqlarda 90 milyon il əvvəl yaşayıb. Alimlər belə qənaətə gəliblər ki, bu heyvanların növlərinin sistemləşdirilməsi gələcəyə “pəncərə” açacaq və təbiətin 90 milyon il əvvəlki vəziyyətini təsəvvür etməyə imkan verəcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.