CƏMİYYƏT


Dünyada iki milyard insan yaşayış yerini itirə bilər

Bakı, 30 iyun, AZƏRTAC

ABŞ-ın Kornell Universitetinin alimlərinin araşdırmalarına əsasən, dəniz səviyyəsinin yüksəlməsi nəticəsində əsrin sonunda dünya əhalisinin təxminən beşdəbiri, yəni 2 milyard insan yaşadıqları yeri tərk etməyə məcbur olacaq.

“Land Use Policy” jurnalında nəşr olunan məlumata görə, 2060-cı ilə qədər 1,4 milyard insan “iqlim dəyişikliyi qaçqınları”na çevriləcək.

Alimlərin dünya əhalisinin sayının sürətlə artmasının “iqlim dəyişikliyi qaçqınları”nın daha yüksək ərazilərdə özlərinə yaşayış yeri axtarmalarına səbəb olacağını söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.