DÜNYA
Dünyada ilk dəfə insana süni ürək köçürən cərrahın ürəyi dayandı
Bakı, 19 noyabr, AZƏRTAC
Dünyada ilk dəfə insana süni ürək köçürülməsi əməliyyatını həyata keçirən məşhur cərrah Denton Kuli ABŞ-da 96 yaşında vəfat edib
AZƏRTAC xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Kuli cümə günü səhər Hyustondakı evində dörd qızının əhatəsində dünyasını dəyişib.
Denton Kuli 1968-ci ildə dünyada ilk dəfə olaraq uğurlu ürəkköçürmə əməliyyatı aparmışdı. Bir il sonra isə donor növbəsinə dayanmış 47 yaşlı pasientə süni ürək köçürərək onun həyatını xilas etmişdi. Süni ürək pasienti 65 saat həyatda saxlamış və bundan sonra əsil ürəklə əvəz olunmuşdu.
Agentlik bildirir ki, Denton Kuli karyerası ərzində 100 minə yaxın əməliyyat aparıb və bir sıra mükafatlara layiq görülüb. Onların arasında ABŞ-da mülki şəxslərə verilən yüksək mükafatlardan biri – Azadlıq prezident medalı da var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]