DÜNYA


Dünyada ilk dəfə tropik meşənin olduğu otel tikiləcək

A+ A

Bakı, 22 avqust, AZƏRTAC

Dubayda tropik meşənin olduğu otel inşa olunacaq.

AZƏRTAC Britaniyanın “The Independent” qəzetinə istinadla xəbər verir ki, bu, dünyada tropik meşənin olduğu ilk otel layihəsidir. 2018-ci ildə yekunlaşması nəzərdə tutulan layihənin reallaşmasına 2 milyard ABŞ dolları məbləğində vəsait sərf ediləcək. Memarların planına əsasən 185 min kvadratmetr ərazidə tikiləcək otel əkiz qüllələrdən ibarət olacaq. Bu qüllələrin hər birinin 47 mərtəbəli olması nəzərdə tutulub. Otelin əhatə etdiyi ərazidə havanın temperaturu bölgənin normal temperaturundan 5 dərəcə aşağı olacaq və vaxtaşırı süni yağışlar yağdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.