CƏMİYYƏT


Dünyada işləyən qadınların cəmi 36 faizinin ödənişli analıq məzuniyyəti hüququ var

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Dünyada qadınların çoxunun ödənişli analıq məzuniyyəti hüququ yoxdur.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatının “Uşaqların sosial müdafiəsi: siyasət sahəsində əsas tendensiyalar və statistik məlumatlar” adlı son araşdırmasında dünyada işləyən qadınların cəmi 36 faizinin ödənişli analıq məzuniyyəti hüququna malik olduğu bildirilir. Qanunun qeyri-səmərəli icrası nəticəsində qadınların yalnız 28 faizi müavinət alır.

Beynəlxalq Əmək Təşkilatının ekspertləri bildirirlər ki, 108 ölkədə qanunvericilik yolu ilə uşaqlara xüsusi müavinət proqramları nəzərdə tutulur, lakin bundan əhalinin kiçik qrupu istifadə edir. Təşkilatın sosial müdafiə departamentinin rəhbəri İzabel Ortiz Avropada vergi-büdcə siyasəti üzrə tədbirlərin qadın və uşaqlara pis təsir etməsinə diqqəti yönəldib. Onun sözlərinə görə, 2008-2013-cü illərdə Avropa İttifaqında uşaqlar arasında yoxsulluq göstəricisi üzrə ölkələrin sayı 18-dən 28-ə çatıb.

Məruzədə analıq məzuniyyətinin müddəti də nəzərdən keçirilir. Keçmiş SSRİ ölkələri bu göstərici üzrə birinci yerdədir. Məsələn, Rusiya və Tacikistanda hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün məzuniyyət 140 gün, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və Ukraynada müvafiq məzuniyyət 126 gündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.